"MSDIS Holding" növbəti dəfə nizamnamə kapitalını artırıb. Belə ki, MMC-nin nizamnamə kapıtalının həcmi artırılaraq, 2 572 500 manata çatdırılıb.
2021-ci il yanvar ayının 5-də holdingin nizamnamə kapitalı 250 000 manat təyin olunmuşdu.
Xatırladaq ki, daha öncə nizamnamə kapitalının artırılması 2021-ci yanvar ayının 5-də müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun həyata keçirilib və holdinqə aid şirkət və müəssisələrdə artımı gözlənilirdi.
Holdingin bazar mövqelərinin gücləndirilməsi və maliyyə dayanıqlığının təmin edilməsi, ona daxil olan müəssisələrin nizamnamə kapitallarının artırılmasına imkan yaradır.
Bunun nəticəsi olaraq, "MSDIS Holding" tərəfindən ölkə iqtisadiyyatının müxtəlif sektorlarının inkişafına və əhalinin rifahına verilən töhfələrin sayı çoxalır.