Hər hansı bir sualınız üçün bizimlə əlaqə saxlayın

[email protected]

Ümumilli lider, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Müasir Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla və müvəffəqqiyətlə davam etdirilən iqtisadi islahatlar Azərbaycanımızın bünövrəsini təşkil edir. Azərbaycan bazar iqtisadiyyatı yolunda inamla irəliləyir və sürətlə inkişaf etmiş dünyaya inteqrasiya edir. Ali Baş Komandan öz adını tarixə Qızıl hərflərlə yazan Cənab İlham Əliyevin qeyri-neft sektoruna göstərdiyi səylərin nəticəsində ölkəmizdə sahibkarlığın inkişafı üçün ciddi şəkildə dayanıqlı və əlverişli şərait yaranmışdır. Həmçinin, əlverişli investisiya mühiti, dövlətin sahibkarlığa yaratdığı geniş imkanlar, özəl sektora göstərilən qayğı ölkə iqtisadiyyatının inkişaf təməlinə çevrilmiş və dövlətin neft sektorundan asılılığını demək olar ki, aradan qaldırmışdır.

Təbii ki, “MSDIS Holding” də çiçəklənən və dayanıqlı Azərbaycan iqtisadiyyatının bir parçasına çevrilməyi, inkişaf templərinə təkan verməyi özünə əsas məqsəd seçmişdir. Biz holding olaraq, ölkə iqtisadiyyatında özəl sektorun inkişafının vacibliyini və əhalimizin rifah səviyyəsinin yüksəldilməsində üzərimizə düşən məsuliyyəti tam anlayırıq.

Fəaliyyətə başladığı qısa müddət ərzində “MSDIS Holding” də istehsalat, inşaat və yanacaqdoldurma sahələrində uğurlar əldə etmiş, müştərilərinə keyfiyyətli xidmət göstərmişdir. Holdingimizin inkişafının mərkəzində insan amili dayanıb. Əməkdaşlarımız, tərəfdaşlarımız və müştərilərimiz arasındakı qarşılıqlı hörmət, inam və komanda ruhu müvəffəqiyyətli işlərimizin təməlini təşkil edir.

“MSDIS Holding” rəhbərliyi olaraq bizə yaradılan şəraitə görə ölkə başçısı Cənab İlham Əliyev başda olmaqla dövlətimizə, eyni zamanda holdingimizin müvəffəqiyyətli nəticələr əldə etməsində ən vacib rol oynayan idarəçilərimizə, müştərilərimizə və əməkdaşlarımıza dərin təşəkkür edirəm.

Əminəm ki, “MSDIS Holding” bundan sonra da bütün dəyərlərinə sadiq qalacaq, daha böyük və uğurlu layihələr həyata keçirərək Asiya və Avropaya ixracatlar edərək Azərbaycan iqtisadiyyatının nə dərəcədə önəmli və əhəmiyyətli pay sahibi olduqunu yeni nailiyyətlərə imza atmaqla bütün Dünyaya tanıtdıracaq.

Mirfəyyaz Nağıyev

"MSDIS Holding"in Baş Direktoru