Hər hansı bir sualınız üçün bizimlə əlaqə saxlayın

[email protected]

MSDIS holding

"MSDIS Holdinq" dinamik və inkişaf yönümlü strategiyası ilə investisiya yatırdığı sahələrdə keyfiyyəti, etibarlılığı və dayanıqlığı qorumağı əsas məqsəd seçib və ölkənin ən öncül şirkətlərindən biri olmağı hədəfləyir.

Missiyamız

"MSDIS Holdinq"in əsas missiyası investisiya yatırdığı sahələrdə güclü strateji ortaqları ilə birlikdə uzunmüddətli inkişafa və böyük nəticələrə nail olmaq, keyfiyyətli məhsul və xidmət istehsal etmək, insan resurslarından səmərəli istifadə etmək, əməkdaşların peşə bacarıqlarını, maddi və sosial rifahını yüksəltməkdir.

"MSDIS Holdinq"in əsas tezisi "İnsan dəyər üçün, dəyər insan üçün"dür!

Baxışımız

"MSDIS Holdinq" qloballaşan və müasirləşən dünyanın bir parçası olan Azərbaycan iqtisasiyyatına və cəmiyyətinə investisiyası və məsuliyyətli korporativ vətəndaş kimliyi ilə töhfə vermək niyyətindədir.

"MSDIS Holdinq" ölkəmizdəki elmi-texniki tərəqqinin bir parçası olmağı, yeni inkişaf meyarları yaratmağı, bəşəri dəyərlərə, sosial və ekoloji məsələlərə məsuliyyətli yanaşmağı, fərqli və yenilikçi düşüncəyə dəyər verməyi özünə borc bilir.

 

DƏYƏRLƏRİMİZ

Ədalət və dürüsütlük

Fəaliyyətimizin təməlində ədalət və dürüstlük anlayışları dayanır. Biz əməkdaşlarımıza, müştərilərimizə və investorlarımıza qarşı ədalətli və dürüst olmağı özümüzə borc bilirik.

Hörmət və bərabərlik

Bütün əməkdaşlarımızın fikirlərini açıq və sərbəst ifadə etmək azadlığı var və biz onların düşüncə və fikirlərinə önəm veririk. Əməkdaşlarımız və peşə münasibətləri qurduğumuz insanlara qarşı din, dil, irq, milliyyət və sosial statuslarına baxmadan bərabər davranırıq.

Məsuliyyətlilik

Holdingimiz səhmdarlarımız, partnyorlarımız, əməkdaşlarımız və müştərilərimiz qarşısında tam məsuliyyətlə çalışır. Hər bir əməkdaş öz vəzifə öhdəliklərini mənimsəyir, öz üzərinə düşən işi keyfiyyətli görməsində cavabdehlik hiss edir, uğurlu nəticənin əldə edilməsində aktiv iştirakçıya çevrilir.

Keyfiyyət və mükəmməllik

Bütün layihələrdə keyfiyyət və mükəmməllik başlıca meyardır. Bu, özünü gələcəyə baxışımızda, hədəflərimizdə, idarəetmədə, qərarların qəbulunda, gündəlik iş fəaliyyətində, müasir texnologiyaların və innovativ üsulların tətbiqində özünü büruzə verir.

Faydalılıq

Ölkə iqtisadiyyatına və cəmiyyətimizə faydalı olmaq, insanlarımızın etibarını qazanmaq üçün hər zaman səy göstərir, iqtisadi-sosial məsuliyyətmizi dərk edirik. Bütün qərarlarımızda gələcək nəsillər üçün mənəvi, mədəni və iqtisadi irs qoymağı hədəfləyirik.

2

MÜKAFAT
SAYI

410

ƏMƏKDAŞ
SAYI

2

FƏALİYYƏT
İLİ

92

BİTMİŞ
LAYİHƏ