"MSDIS Holding"in tərkibində fəaliyyət göstərən "MS Kabel" zavodu ölkəmizin ən iri, yüksək texnologiyaya malik kabel istehsalçılarından biri olacaq. Zavodda 1x1,5-dən 5x25-ə qədər bütün növ kabellərin ən yüksək standarlara uyğun istehsalı nəzərdə tutulub.
2021-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulan müəssisədə istehsal prosesi Almaniya, İspaniya, Fransa, Çin və Türkiyə kimi tanınmış dünya istehsalçılarının avadanlıqları ilə həyata keçiriləcək.
Binəqəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1 ünvanında yerləşən zavodun ilkin mərhələdəki istehsal gücü illik 1000 ton, ikinci mərhələdə isə 3000 və 5000 ton olacaq.
Zavodda ən yüksək tələblərə cavab verən telefon, internet və foberoptik kabellər də istehsal olunur.
Həmçinin zavod hər növ qranul istehsalı üzrə ixtisaslaşıb. Günlük istehsalı gücü 10 tondur.
"MS Kabel" zavodunun ən müasir texnologiyaların tətbiqi ilə istehsal etdiyi kabel məhsulları geniş çeşidli yerli və xarici bazarlarda rəqabət aparmaq iqtidarında olacaqdır.