Ədalət və dürüsütlük
Fəaliyyətimizin təməlində ədalət və dürüstlük anlayışları dayanır. Biz əməkdaşlarımıza, peşəmizə və investorlarımıza qarşı ədalətli və dürüst olmağı özümüzə borc bilirik.
Hörmət və bərabərlik
Bütün əməkdaşlarımızın fikirlərini açıq və sərbəst ifadə etmək azadlığı var və biz onların düşüncə və fikirlərinə önəm veririk. Əməkdaşlarımız və peşə münasibətləri qurduğumuz insanlara qarşı din, dil, irq, milliyyət və sosial statuslarına baxmadan bərabər davranırıq.
Məsuliyyətlilik
Holdinqimiz səhmdarlarımız, partnyorlarımız, əməkdaşlarımız və müştərilərimiz qarşısında tam məsuliyyətlə çalışır. Hər bir əməkdaş öz vəzifə öhdəliklərini mənimsəyir, öz üzərinə düşən işi keyfiyyətli görməsində cavabdehlik hiss edir, uğurlu nəticənin əldə edilməsində aktiv iştirakçıya çevrilir.
Keyfiyyət və mükəmməllik
Bütün layihələrdə keyfiyyət və mükəmməllik başlıca meyardır. Bu, özünü gələcəyə baxışımızda, hədəflərimizdə, idarəetmədə, qərarların qəbulunda, gündəlik iş fəaliyyətində, müasir texnologiyaların və innovativ üsulların tətbiqində özünü büruzə verir.
Faydalılıq
Ölkə iqtisadiyyatına və cəmiyyətimizə faydalı olmaq, insanlarımızın etibarını qazanmaq üçün hər zaman səy göstərir, iqtisadi-sosial məsuliyyətmizi dərk edirik. Bütün qərarlarımızda gələcək nəsillər üçün mənəvi, mədəni və iqtisadi irs qoymağı hədəfləyirik.