Hər hansı bir sualınız üçün bizimlə əlaqə saxlayın

[email protected]

  • 16.12.2021
  • Planlama, tikinti

“Şanslı oil” lotereyasının qalibləri açıqlandı

"MSDIS Holding"in tərkibində olan “MS Oil” yanacaqdoldurma məntəqələrində təşkil olunan və 4 ay davam edən “Şanslı oil” lotereyasına yekun vurulub.

“Şanslı oil” lotereyası bu ilin avqustun 15-də start götürüb, dekabrın 15-də saat 12:00-da isə yekunlaşıb. Azərbaycan Respublikası Mərkəzi Bankının 17.06.2021-ci il tarixli 22-00676-2021 nömrəli icazəsinə əsasən təşkil edilmiş lotereyanın şərtlərinə görə, müştərilər “MS Oil” yanacaqdoldurma məntəqələrindən 25 AZN dəyərində yanacaq doldurmaları kifayət idi! Hər 25 AZN dəyərində yanacaq müştəriyə 1 bilet qazandırıb. Biletin seriya nömrəsi yazılan əsas hissəsi iştirakçıda qalıb, iştirakçının məlumatları qeyd olunan hissəsi isə doldurulduqdan sonra kəsilərək lotodroma atılıb. Yekunda final tirajda lotodromda 122357 bilet olub.

Lotereyanın uduş fonduna daxil olan 100 ədəd 20 AZN, 40 ədəd 50 AZN və 20 ədəd 100 AZN dəyərində "MS Oil" hədiyyə kartları, 12 ədəd “Samsung Galaxy A12” markalı smartfon, 12 ədəd “Hoffmann” markalı televizor, 12 ədəd “Hoffmann” markalı paltaryuyan maşın, 2 ədəd “AU 15 BULL” markalı kvadrosikl və 2 ədəd “Khazar SE” markalı avtomobil final tirajda oynanılıb.

Qeyd edək ki, 200 ədəd hədiyyənin oynanıldığı final tiraj saat 18:00-da başlayıb və uduş fonduna daxil olan 20 AZN, 50 AZN və 100 AZN dəyərində "MS Oil" hədiyyə kartlar və 12 ədəd “Samsung Galaxy A12” smartfonu canlı efir olmadan oynanılıb. Bunun səbəbi isə hədiyyə sayının çoxluğudur. Bildirək ki, şəffaflığı təmin etmən üçün həmin hissə tam olaraq lentə alınıb və “MSDIS Holding”in rəsmi youtube kanalında izləyə bilərsiniz.

Videonun linki: https://bit.ly/3yvHwgF

“Şanslı oil” lotereyasının bütüb qaliblərinin siyahısı aşağıdakı kimidir.

 

 

1 2 3 4 5 6 7 8 9 10 11 12

SON XƏBƏRLƏR

MS Sement xəbərləri

MS Sementdən "Bərk" kampaniya!

Ətraflı
MS Oil xəbərləri

Bakıda 8-ci “MS Oil” yanacaqdoldurma məntəqəsi açıldı

Ətraflı
MS Oil xəbərləri

“Şanslı oil” lotereyasının qalibləri açıqlandı

Ətraflı
MS Oil

“MS Oil”lərin sayı 7-yə çatdı: bu dəfə Zabratda!

Ətraflı
MS Oil xəbərləri

“Şanslı Oil” lotereyası "Space" televiziyasında keçiriləcək

Ətraflı
MS Oil xəbərləri

Bakıda 6-cı “MS Oil” yanacaqdoldurma məntəqəsi istifadəyə verildi

Ətraflı