Hər hansı bir sualınız üçün bizimlə əlaqə saxlayın

[email protected]

  • 03.12.2021
  • Planlama, tikinti

“MS Oil”lərin sayı 7-yə çatdı: bu dəfə Zabratda!

Sabunçu rayonu, Zabrat qəsəbəsində “MSDIS Holding”ə məxsus ən yüksək standartlara cavab verən “MS Oil” yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olub. Bununla da Bakıda “MS Oil”lərin sayı 7-yə çatıb.

“MSDIS Holding”in rəhbəri Mirfəyyaz Nağıyev, şirkət nümayəndələri və qonaqların iştirak etdiyi tədbirin əvvəlində 3 gün əvvəl ““Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı baş verən təyyarə qəzası nəticəsində şəhid olan 14 nəfər hərbiçinin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Ardınca dövlət himni səsləndirilib, sayca 7-cı MS OİL YDM-nin açılışını bildirən rəmzi qırmızı lent və tort kəsilib.

Qeyd edək ki, Zabrat qəsəbəsindəki “MS Oil”də 25 nəfər əməkdaş çalışır. “MS Oil”in fəaliyyət sahələrini benzin, dizel və qaz yanacağının satışı təşkil edir. Bundan əlavə, YDM-in ərazisində avtoyuma xidməti və market də fəaliyyət göstərir.

Bundan əlavə, yeni istifadəyə verilən bütün “MS Oil” YDM-lərdə həmçinin “Şanslı oil” lotereyası oynanılır. Dekabrın 15-nə qədər davam edəcək lotereyada hər 25 AZN dəyərində yanacaq dolduran müştərilər 2 “Khazar” avtomobili, 2 kvadrosikl, 12 televizor, 12 smartfon, 12 paltaryuyan maşın və 150-dən çox “MS Oil” hədiyyə kartı qazanmaq şansı əldə edəcəklər. Bundan əlavə, “MS Oil” YDM-in bonus, balans və hədiyyə kartları da mövcuddur.

Xatırladaq ki, “MS Oil”in filialları aşağıdakı ünvanlarda yerləşir.

📍 MS Oil 1: Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsi;

📍 MS Oil 2: Xırdalan qəsəbəsi, Bakı-Quba yolunun 12-ci kilometrliyi;

📍 MS Oil 3: Koroğlu Rəhimov küçəsi, 65;

📍 MS Oil 4: Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 8;

📍 MS Oil 5: Bakı şəhəri, Salyan şosesi 13 km;

📍 MS Oil 6: Xırdalan şəhəri, Masazır dairəsi;

📍 MS Oil 7: Sabunçu rayonu, Zabrat qəsəbəsi.

Sosial şəbəkə ünvanları:

MS Oil: Facebook

MS Oil: Instagram

 

 

1 2 3 4 5 6 7 8 9 10

SON XƏBƏRLƏR

MS Sement xəbərləri

MS Sementdən "Bərk" kampaniya!

Ətraflı
MS Oil xəbərləri

Bakıda 8-ci “MS Oil” yanacaqdoldurma məntəqəsi açıldı

Ətraflı
MS Oil xəbərləri

“Şanslı oil” lotereyasının qalibləri açıqlandı

Ətraflı
MS Oil

“MS Oil”lərin sayı 7-yə çatdı: bu dəfə Zabratda!

Ətraflı
MS Oil xəbərləri

“Şanslı Oil” lotereyası "Space" televiziyasında keçiriləcək

Ətraflı
MS Oil xəbərləri

Bakıda 6-cı “MS Oil” yanacaqdoldurma məntəqəsi istifadəyə verildi

Ətraflı