Hər hansı bir sualınız üçün bizimlə əlaqə saxlayın

[email protected]

  • 16.11.2021
  • Planlama, tikinti

“MS Oil” YDM-lərin sayını 5-ə çatdırdı

Bu gün Bakı şəhəri, Salyan şosesi 13 km ünvanında daha bir yüksək standartlara cavab verən “MS Oil” yanacaqdoldurma məntəqəsi açılıb. Bununla da “MSDIS Holding”in tərkibində olan “MS Oil” YDM-lərin sayı 5-ə çatıb.

Açılış mərasimində “MSDIS Holding”in rəhbəri Mirfəyyaz Nağıyev, şirkət nümayəndələri və qonaqlar iştirak edib. Tədbirdə çıxış edən M.Nağıyev Şıxov qəsəbəsindəki “MS Oil” YDM-də çalışacaq əməkdaşlara uğurlar arzulayıb, ardınca isə yanacaqdoldurmanın açılışını bildirən rəmzi qırmızı lent və tort kəsilib.

Şıxovda yerləşən “MS Oil”də 15 nəfər əməkdaş çalışır. “MS Oil”in fəaliyyət sahələrini benzin, dizel və qaz yanacağının satışı təşkil edir. Bundan əlavə, YDM-in ərazisində avtoyuma xidməti və market də fəaliyyət göstərir.

Sürücülərin nəzərinə çatıraq ki, digər “MS Oil”lərdə olduğu kimi, Şıxovdakı YDM-də də “Şanslı oil” lotereyası oynanılır. Dekabrın 15-nə qədər davam edəcək lotereyada hər 25 AZN dəyərində yanacaq dolduran müştərilər 2 “Khazar” avtomobili, 2 kvadrosikl, 12 televizor, 12 smartfon, 12 paltaryuyan maşın və 150-dən çox “MS Oil” hədiyyə kartı qazanmaq şansı əldə edəcəklər. Bundan əlavə, “MS Oil” YDM-in bonus, balans və hədiyyə kartları da mövcuddur.
Xatırladaq ki, “MS Oil”in filialları aşağıdakı ünvanlarda yerləşir.

“MS Oil” 1: Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsi;

“MS Oil” 2: Xırdalan qəsəbəsi, Bakı-Quba yolunun 12-ci kilometrliyi;

“MS Oil” 3: Koroğlu Rəhimov küçəsi, 65;

“MS Oil” 4: Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 8.

“MS Oil” 5: Qaradağ rayonu, Şıxov qəsəbəsi, Salyan şossesinin 13-cü kilometri.

 

 

1 2 3 4 5 6 7 8 9 10

SON XƏBƏRLƏR

MS Oil xəbərləri

“Şanslı Oil” lotereyası "Space" televiziyasında keçiriləcək

Ətraflı
MS Oil xəbərləri

Bakıda 6-cı “MS Oil” yanacaqdoldurma məntəqəsi istifadəyə verildi

Ətraflı
MS Oil xəbərləri

“MS Oil” YDM-lərin sayını 5-ə çatdırdı

Ətraflı
MS Oil xəbərləri

MS Oil 4-cü YDM-ni Hövsanda açdı

Ətraflı
MS Oil xəbərləri

MS Oil 3-cü yanacaqdoldurma məntəqəsinin açılışını edib

Ətraflı
Holding xəbərləri

MSDIS Holding "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisində uğurla təmsil olunur

Ətraflı