Hər hansı bir sualınız üçün bizimlə əlaqə saxlayın

[email protected]

  • 08.11.2021
  • Planlama, tikinti

MS Oil 4-cü YDM-ni Hövsanda açdı

Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində "MSDIS Holding"ə məxsus ən yüksək standartlara cavab verən “MS Oil” yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olub. Şirkət bununla da yanacaqdoldurma məntəqələrinin sayını 4-ə çatdırıb.

 

Açılış mərasimi 8 noyabr Zəfər Günü münasibətilə xüsusi proqram əsasında təşkil edilib. Tədbirdə “MSDIS Holding”in rəhbəri Mirfəyyaz Nağıyev, holdingdə çalışan Qarabağ müharibəsi iştirakçıları, onların valideynləri, şirkət nümayəndələri və qonaqlar iştirak edib.

Tədbir Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutu ilə başlayıb.

Ardınca çıxış edən holding rəhbəri M.Nağıyev 8 noyabr münasibətilə Azərbaycan xalqını təbrik edib, qazilərə xüsusi minnətdarlığını və təşəkkürünü bildirib. Həmçinin şirkət rəhbəri holdingdə çalışan 14 nəfər qaziyə mobil telefon hədiyyə edib.

Ardınca Hövsan qəsəbəsində yerləşən MS OİL yanacaqdoldurmanın açılışını bildirən rəmzi qırmızı lent və tort kəsilib.

Qeyd edək ki, Hövsandakı “MS Oil”də 25 nəfər əməkdaş çalışır. “MS Oil”in fəaliyyət sahələrini benzin, dizel və qaz yanacağının satışı təşkil edir. YDM-in ərazisində avtoyuma xidməti və market də fəaliyyət göstərir.

Yeni istifadəyə verilən bütün “MS Oil” YDM-lərdə həmçinin “Şanslı oil” lotereyası oynanılır. Dekabrın 15-nə qədər davam edəcək lotereyada hər 25 AZN dəyərində yanacaq dolduran müştərilər 2 “Khazar” avtomobili, 2 kvadrosikl, 12 televizor, 12 smartfon, 12 paltaryuyan maşın və 150-dən çox “MS Oil” hədiyyə kartı qazanmaq şansı əldə edəcəklər. Bundan əlavə, “MS Oil” YDM-in bonus, balans və hədiyyə kartları da mövcuddur.

Xatırladaq ki, “MS Oil”in filialları aşağıdakı ünvanlarda yerləşir.

 

MS Oil 1: Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsi;

MS Oil 2: Xırdalan qəsəbəsi, Bakı-Quba yolunun 12-ci kilometrliyi;

MS Oil 3: Koroğlu Rəhimov küçəsi, 65;

MS Oil 4: Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 8.

 

 

1-min 2-min 3-min 4-min 5-min 6-min 7-min 8-min 9-min 10-min

SON XƏBƏRLƏR

MSDIS Holding xəbərləri

Masallı şəhərində şəhid Niyaməddin Sultanzadənin xatirəsi əbədiləşdirilib

Ətraflı
MS Oil xəbərləri

"Şans yolunda" lotereyasının qalibləri açıqlandı

Ətraflı
MSDIS Holding

İş təklifləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Ətraflı
Holdinq xəbərləri

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib

Ətraflı
Holdinq xəbərləri

"Əməyin mühafizəsi və Texniki Təhlükəsizlik" üzrə təlim keçirilib

Ətraflı
MS Oil xəbərləri

Sayca 12-ci "MS Oil" İsmayıllıda açıldı

Ətraflı