Hər hansı bir sualınız üçün bizimlə əlaqə saxlayın

[email protected]

  • 20.10.2021
  • Planlama, tikinti

MSDIS Holding "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisində uğurla təmsil olunur

MSDIS Holding "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisində uğurla təmsil olunur  20-22 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Bakı Ekspo Mərkəzində 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Rebuild Karabakh 2021 sərgisi keçirilir.

Qarabağda bir sıra layihələr həyata keçirən MSDIS Holding də sərgidə təmsil olunan şirkətlər sırasındadır. Holdingin stendi 2-ci zalda yerləşir və nömrəsi K2304-dir.  MSDIS Holding “MS Oil” yanacaqdoldurma məntəqələri, “MS Kabel” zavodu, “MS Asfalt” zavodu, “MS Sement” zavodu, “MS Karyer”, “MS Laminat” xidmət və məhsullarını özündə birləşdirir və sərgidə təmsil olunur.

 Stenddə nümayiş olunan 20-sən çox kabel növü, M-300, M-400, M-500 sement növləri, müxtəlif çeşidli laminatlar, Qarabağdakı layihələrdə istifadə olunan işıqlandırma sistemləri və digər tikinti materialları sərgi ziyarətçilərində xüsusi maraq oyadır.

MSDIS Holding Bakı Ekspo Mərkəzdə K2304 saylı stenddə ziyarətçilərini qəbul edir. Yüzlərlə həm yerli, həm də xarici mütəxəssisin ziyarət etdiyi stenddə ziyarətçilərə holding məhsulları və xidmətləri haqqında məlumatlar təqdim edilir. Stendi ziyarət edənlər şəxslər mövcud məhsullar və xidmətlər haqqında məlumatlar alır, qarşılıqlı əməkdaşlıq, iş və təcrübə imkanları müzakirə edir, holding tərəfindən Qarabağda gerçəkləşdiriləcək layihələrlə tanış olurlar.

2 ildir fəaliyyətdə olan MSDIS Holding ixtisaslaşdığı sektorlar üzrə bazarın lideri olmağı hədəfləyir. Bunun bariz nümunəsidir ki, holding Qarabağ da daxil olmaqla ölkədə bir neçə tenderin qalibi olub və onları uğurla təhvil verib. Holding insan resursları potensialı və şəffaflıq siyasəti üzərində qurulub, öz yenilikçi, rəqabətədavamlı və dəyər yaradan fəaliyyəti ilə ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

MSDIS Holding dinamik və inkişaf yönümlü strategiyası ilə investisiya yatırdığı sahələrdə keyfiyyəti, etibarlılığı və dayanıqlığı qorumağı əsas məqsəd seçib və ölkənin ən öncül şirkətlərindən biri olmağı hədəfləyir.

MSDIS Holding - Adımız etibarımızdır!

 

DSC02810 DSC02818 DSC02841 DSC02851 DSC02889

SON XƏBƏRLƏR

MS Oil xəbərləri

“Şanslı Oil” lotereyası "Space" televiziyasında keçiriləcək

Ətraflı
MS Oil xəbərləri

Bakıda 6-cı “MS Oil” yanacaqdoldurma məntəqəsi istifadəyə verildi

Ətraflı
MS Oil xəbərləri

“MS Oil” YDM-lərin sayını 5-ə çatdırdı

Ətraflı
MS Oil xəbərləri

MS Oil 4-cü YDM-ni Hövsanda açdı

Ətraflı
MS Oil xəbərləri

MS Oil 3-cü yanacaqdoldurma məntəqəsinin açılışını edib

Ətraflı
Holding xəbərləri

MSDIS Holding "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisində uğurla təmsil olunur

Ətraflı