Hər hansı bir sualınız üçün bizimlə əlaqə saxlayın

[email protected]

  • 22.09.2021
  • Planlama, tikinti

“ABU Petrol”lar "MSDIS Holding"in tərkibinə keçib

"MSDIS Holding"in tərkibində fəaliyyət göstərən “MS Oil” yanacaqdoldurma məntəqələri (YDM) fəaliyyət şəbəkəsini genişləndirməkdə davam edir.

Belə ki, ölkəmizdə fəaliyyət göstərən 11 ədəd “ABU Petrol” YDM-si "MSDIS Holding"in balansına keçib. Sözügedən YDM-lər bundan sonra “MS Oil” olaraq fəaliyyət göstərəcək. Bununla da “MS Oil” YDM-lərin sayını ümumilikdə 13-ə çatdıracaq.

Artıq “ABU Petrol” YDM-lərdə yeni holdingimizin brendinə uyğun təmir və yenidənqurma işlərinə start verilib. Yeni “MS Oil”lər bu ilin sonuna qədər fəaliyyətə başlayacaq.

Qeyd edək ki, "MSDIS Holding" 2021-ci ildə “MS Oil” adı altında 2 YDM ilə bazara daxil olmuşdu. “MS Oil” qısa müddət ərzində Mehdiabad qəsəbəsi, 28 may küçəsi və Bakı-Quba yolunun 12-ci kilometrliyindəki YDM-lərdə ümumi uduş fondu 60 min AZN-dən çox olan “Şanslı oil” lotereyasını da keçirməyə müvəffəq olub. Lotereya bu ilin dekabr ayının 15-nə qədər davam edəcək. Şərtlərlə buradan tanış ola bilərsiniz. 

SON XƏBƏRLƏR

MSDIS Holding xəbərləri

Masallı şəhərində şəhid Niyaməddin Sultanzadənin xatirəsi əbədiləşdirilib

Ətraflı
MS Oil xəbərləri

"Şans yolunda" lotereyasının qalibləri açıqlandı

Ətraflı
MSDIS Holding

İş təklifləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Ətraflı
Holdinq xəbərləri

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib

Ətraflı
Holdinq xəbərləri

"Əməyin mühafizəsi və Texniki Təhlükəsizlik" üzrə təlim keçirilib

Ətraflı
MS Oil xəbərləri

Sayca 12-ci "MS Oil" İsmayıllıda açıldı

Ətraflı