Sentyabrın 20-də Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil edilib.
Bu dəfə hərraca Qəbələ rayonunda yerləşən "Bumçay" qum-çınqıl yatağının 4 LOT üzrə 15 hektarlıq sahəsi çıxarılıb.
"MSDIS Holding" ümumi sahəsi 13 hektar olmaqla 3 lot üzrə hərracın qalibi olub.
Xatırladaq ki, "MSDIS Holding" 2021-ci ilin iyun ayında Füzuli rayonu ərazisində yerləşən “Horadiz” qum-çınqıl yatağının da 2 LOT üzrə hərracın qalibi olmuşdu.