"MSDIS Holding"in tərkibində fəaliyyə göstərən "MS Kabel" zavodu ən son müasir istehsal texnikaları və avdanlıqlarla təhciz olunub.
Bununla yanaşı, bu ilin iyunun 15-də fəaliyyət başlayan zavod artıq fəaliyyətini beynəlxalq standartlara uyğun quraraq biznesin inkişaf modelini seçib.
Belə ki, "MS Kabel" zavodu 2021-ci ilin sentyabrın 3-də ISO 9001:2015 sertifikatını alıb.
ISO 9001:2015 standartında təşkilatın iş mühiti (context of the organization) anlayışından istifadə olunub. Standartda təşkilatın iş mühiti təşkilat tərəfindən məqsədlərin qoyuluşuna və ona nail olunmasına təsir göstərə bilən daxili və xarici amillərin məcmusu olaraq müəyyən edilib.
Yeni versiyada sistemin sənədləşdirilməsindən daha çox proses yanaşmasının real tətbiqi vurğulanır. Proseslərlə əlaqədar zəruri informasiyaların işlənməsinin və sənədləşdirilməsinin vacibliyi qeyd edilir. Bu tələbin eyni zamanda proseslərin fəaliyyət nəticələrinə də aid olduğu diqqətə çatdırılır. ISO 9001:2015 proses yanaşmasının standartının maddələri ilə qarşılığlı əlaqələrinin yeni modeli təqdim edilir.
Sertifikatlara buradan bax.