"MSDIS Holding"in əməkdaşlarına "Əməyin mühafizəsi və Texniki Təhlükəsizlik" üzrə təlim keçirilib.
Holdingin SƏTƏM rəhbəri Ramin Əhmədov tərəfindən təşkil olunan təlimdə sağlamlıq, ətraf mühit və əməyin mühafizəsi texnikası qaydalarının önəmi vurğulanıb. Bu qaydalara riayət prinsipləri haqqında geniş məlumat verilib.
Daha sonra iştirakçılara əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri izah olunub, eləcə də işə başlamazdan əvvəl təlimatların alınması, iş müddətində baş verə biləcək hadisələrin öncədən müzakirəsi və daimi nəzarət məsələləri ətrafında söhbət aparılıb. Bildirilib ki, sənayedə SƏTƏM qaydalarına əməl olunması iş keyfiyyətinin yüksəlməsinə birbaşa təsir edən əsas amildir. Məşğələ interaktiv formada keçirilib, iştirakçıların fikirləri dinlənilib və sualları cavablandırılıb.