Noyabrın 2-də Bakı şəhəri, Koroğlu Rəhimov 65 ünvanında "MSDIS Holding"ə məxsus ən yüksək standartlara cavab verən MS OIL yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olub. Bununla da MS OIL YDM-lərin sayını 3-ə çatdırıb.
Açılış mərasimində "MSDIS Holding"in rəhbəri Mirfəyyaz Nağıyev yanacaqdoldurma məntəqəsinin rəsmi açılışını bildirən rəmzi lenti kəsmiş, "MSDIS Holding"in fəaliyyət sahələrinin, eyni zamanda MS OIL YDM şəbəkəsinin genişləndiyini vurğulamış və ilin sonuna qədər daha 9 YDM-nin açılacağını bildirmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, MS OIL yanacaqdoldurma məntəqələri elmin və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla təmin olunub və vətəndaşlara ən yüksək standartlara uyğun xidmət göstərilir.
Daha sonra holding rəhbəri, qonaqlar və tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şərait, YDM-in strukturu, burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış olmuşdur.
Tədbirin sonunda "MSDIS Holding"in rəhbəri Mirfəyyaz Nağıyev MS OIL kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik etmiş, əməkdaşlara uğurlar arzulamışdır.
Bildirək ki, məntəqədə 30 nəfər əməkdaş çalışır. MSOIL-in fəaliyyət sahələri benzin, dizel və qaz yanacağının satışı təşkil edir.
Bundan əlavə, YDM-in ərazisində avtoyuma və market xidməti də fəaliyyət göstərir.
Qeyd edək ki, yeni istifadəyə verilən MS OIL YDM-də həmçinin “Şanslı oil” lotereyası oynanılır. Dekabrın 15-nə qədər davam edəcək lotereyada hər 25 AZN dəyərində yanacaq dolduran müştərilər 2 “Khazar” avtomobili, 2 kvadrosikl, 12 televizor, 12 smartfon, 12 paltaryuyan maşın və 150-dən çox MS OIL hədiyyə kartı qazanmaq şansı əldə edəcəklər.
Bundan əlavə, MS OIL YDM-nin bonus, balans və hədiyyə kartları da mövcudur.
Xatırladaq ki, bu ilin fevralın 1-də Abşeron rayonu, Mehdiabad qəsəbəsində, aprelin 1-də isə Xırdalan qəsəbəsi, Bakı-Quba yolunun 12-ci kilometrliyində MSOIL yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlamışdı. Bu ilin sentyabr ayının 1-dən etibarən isə “ABU Petrol”lar "MSDIS Holding"in tərkibinə keçib.