Hər hansı bir sualınız üçün bizimlə əlaqə saxlayın

[email protected]

  • 01.06.2021
  • Planlama, tikinti

Holdinq kollektivi "Ümid yeri" uşaq sığınacağını ziyarət edib

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "MSDIS Holding" rəhbərliyi Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən «Ümid Yeri» Uşaq Sığınacağına ziyarət edib.

Tədbirdə holdinqin baş direktor müavini Şövkət Kazımova da iştirak edib. Mərasimdə çıxış edən direktor müavini dövlətimizin uşaqlarla bağlı həyata keçirdiyi layihələrdən söz açıb, Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirdiyini dilə gətirib.

Şövkət Kazımova, Heydər Əliyev Fondunun uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşıldığını, Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclər yetişdirmək üçün uğurlu layihələr həyata keçirdiyini vurğulayıb.

Direktor müavini azərbaycanlı uşaqların gələcəyinin möhkəm olacağına əminliyini ifadə edib, uşaqları 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar təbrik edib, onlara sağlam və xoşbəxt həyat arzulayıb.

Bayram şənliyində istedadlarını göstərən uşaqlar əylənib, rəqs edib, şeir söyləyiblər. Həmçinin tədbirə təşrif buyuran musiqili qonaqlar, şoumenlər də uşaqları əyləndirib, bayrama bayram qatıblar.

Tədbirin sonunda "MSDIS Holding" nümayəndələri sığınacağındakı uşaqlara hədiyyələr paylayıb, xatirə fotosu çəkdirilib.

 

1-min 2-min 3-min 4-min 5-min 6-min 7-min 8 9-min 10-min

SON XƏBƏRLƏR

MSDIS Holding xəbərləri

Masallı şəhərində şəhid Niyaməddin Sultanzadənin xatirəsi əbədiləşdirilib

Ətraflı
MS Oil xəbərləri

"Şans yolunda" lotereyasının qalibləri açıqlandı

Ətraflı
MSDIS Holding

İş təklifləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Ətraflı
Holdinq xəbərləri

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib

Ətraflı
Holdinq xəbərləri

"Əməyin mühafizəsi və Texniki Təhlükəsizlik" üzrə təlim keçirilib

Ətraflı
MS Oil xəbərləri

Sayca 12-ci "MS Oil" İsmayıllıda açıldı

Ətraflı