Hər hansı bir sualınız üçün bizimlə əlaqə saxlayın

[email protected]

  • 01.04.2021
  • Planlama, tikinti

Xırdalanda "MS Oil" yanacaqdoldurma məntəqəsinin açılışı olub

Aprelin 1-də Xırdalan şəhəri, Bakı-Quba yolunun 12-ci kilometrliyində "MSDIS Holding"ə məxsus ən yüksək standartlara cavab verən "MS Oil" yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olmuşdur.

Açılış mərasimində "MSDIS Holding"in rəhbəri Mirfəyyaz Nağıyev yanacaqdoldurma məntəqəsinin rəsmi açılışını bildirən rəmzi lenti kəsmiş, "MSDIS Holding"in fəaliyyət sahələrinin, eyni zamanda "MS Oil" yanacaqdoldurma məntəqələri şəbəkəsinin genişləndiyini vurğulamışdır.

Tədbirdə qeyd olunmuşdur ki, həm Mehdiabad qəsəbəsində fəaliyyət göstərən, həm də Xırdalanda yeni açılan "MS Oil" yanacaqdoldurma məntəqələri elmin və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla təmin olunub və vətəndaşlara ən yüksək standartlara uyğun xidmət göstərilir.

Daha sonra holding rəhbəri, qonaqlar və tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şərait, YDM-in strukturu, burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış olmuşdur.

Tədbirin sonunda "MSDIS Holding"in rəhbəri Mirfəyyaz Nağıyev "MS Oil" kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik etmiş, əməkdaşlara uğurlar arzulamışdır.

Qeyd edək ki, məntəqədə 30 nəfər işçi çalışır. "MS Oil"in fəaliyyət sahələri benzin, dizel və qaz yanacağının satışı təşkil edir. Bundan əlavə, YDM-in ərazisində avtoyuma və market xidməti də fəaliyyət göstərir.

Bundan əlavə, "MS Oil" YDM-nin bonus, balans və hədiyyə kartları da mövcudur.

Xatırladaq ki, bu ilin fevralın 1-də Abşeron rayonu, Mehdiabad qəsəbəsində "MSDIS Holding"in tərkibində olan "MS Oil" yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlamışdı. Bununla da "MS Oil" YDM-lərin sayını 2-yə çatdırıb.

 

 

1 2 3 4 5 6 7 8 9 10

SON XƏBƏRLƏR

MSDIS Holding xəbərləri

Masallı şəhərində şəhid Niyaməddin Sultanzadənin xatirəsi əbədiləşdirilib

Ətraflı
MS Oil xəbərləri

"Şans yolunda" lotereyasının qalibləri açıqlandı

Ətraflı
MSDIS Holding

İş təklifləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Ətraflı
Holdinq xəbərləri

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib

Ətraflı
Holdinq xəbərləri

"Əməyin mühafizəsi və Texniki Təhlükəsizlik" üzrə təlim keçirilib

Ətraflı
MS Oil xəbərləri

Sayca 12-ci "MS Oil" İsmayıllıda açıldı

Ətraflı