Hər hansı bir sualınız üçün bizimlə əlaqə saxlayın

[email protected]

  • 01.02.2021
  • Planlama, tikinti

"MS Oil" yanacaqdoldurma məntəqəsinin açılışı olub

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar sosial-iqtisadi inkişaf sahəsində özünü büruzə verməkdədir. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, yerli və xarici investisiyaların, rəqabətədavamlı məhsul və xidmətlərin istehsal edilməsi ölkə başçısının müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetidir. Sahibkarlığa dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratmışdır. Nəticə olaraq, dövlət-sahibkar münasibətləri inkişaf etdirilmişdir.


Bu gün Abşeron rayonu, Mehdiabad qəsəbəsində daha bir sahibkarlıq obyektinin – "MSDIS Holding"in tərkibində olan "MS Oil" yanacaqdoldurma məntəqəsinin açılışı olub. Açılış mərasimində "MSDIS Holding"in rəhbəri Mirfəyyaz Nağıyev və holdingin kollektivi iştirak edib. Açılışdan öncə II Qarabağ müharibəsində şəhid olan hərbiçilərimiz 1 dəqiqəlik sükutla yad olunub, ardınca isə Azərbaycan dövlət himni səslənib.


M.Nağıyev çıxış edərək, yeni YDM-in istifadəyə verilməsi münasibətilə Mehdiabad sakinlərini və məntəqənin əməkdaşlarını səmimi qəlbdən təbrik edib. O, qeyd edib ki, bu gün açılışını etdiyimiz məntəqə "MSDIS Holding" olaraq Respublika Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən davamlı sosial-iqtisadi islahatlara, xalqımızın maddi rifah halının durmadan yaxşılaşdırılması xəttinin gerçəkləşdirilməsinə verdiyi töhfədir.
 

YDM-nin rəmzi açılışını bildirən qırmızı lent və tort kəsildikdən sonra tədbir iştirakçıları məntəqədə yaradılan şəraitlə tanış olub, vətəndaşlara göstəriləcək xidmətlərlə maraqlanıblar.İştirakçılara məlumat verilib ki, yanacaqdoldurma məntəqəsində yüksək səviyyədə şərait yaradılıb. Məntəqə elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla təmin olunub.


Qeyd edək ki, "MS Oil"in fəaliyyət sahələri benzin, dizel və qaz yanacağı təşkil edir. Bundan əlavə, YDM-i ərazisində avtoyuma və market xidməti də fəaliyyət göstərir. Hazırda yanacaqdoldurma məntəqəsində 22 nəfər işçi çalışır.

 

1

2

3

4

5

6

7

SAS-K-L

 

SON XƏBƏRLƏR

MSDIS Holding xəbərləri

Masallı şəhərində şəhid Niyaməddin Sultanzadənin xatirəsi əbədiləşdirilib

Ətraflı
MS Oil xəbərləri

"Şans yolunda" lotereyasının qalibləri açıqlandı

Ətraflı
MSDIS Holding

İş təklifləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Ətraflı
Holdinq xəbərləri

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib

Ətraflı
Holdinq xəbərləri

"Əməyin mühafizəsi və Texniki Təhlükəsizlik" üzrə təlim keçirilib

Ətraflı
MS Oil xəbərləri

Sayca 12-ci "MS Oil" İsmayıllıda açıldı

Ətraflı