Hər hansı bir sualınız üçün bizimlə əlaqə saxlayın

[email protected]

  • 15.06.2021
  • Planlama, tikinti

“MS Kabel” zavodunun açılışı olub

Bu gün Bakıda “MSDIS Holding”in tərkibində fəaliyyət göstərən “MS Kabel” zavodunun açılışı olub.

Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1 ünvanında yerləşən “MS Kabel”in açılışında “MSDIS Holding”in baş direktoru Mirfəyyaz Nağıyev iştirak edib. Tədbir Azərbaycan himni ilə açılıb. Tədbirdə çıxış edən Mirfəyyaz Nağıyev tədbir iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü və zavodun açılışı münasibətilə təbrik edib, əməkdaşlara işlərində uğurlar və nailiyyətlər arzulayıb.

Zavodun açılış rəmzi olan qırmızı lent və daha sonra tort kəsilib.

Zavodun direktoru İsa Piriyev tədbir iştirakçılarını zavodla tanış edib, orada quraşdırılan yüksək texnologiyalar və onların fəaliyyəti barədə məlumat verib.

“MS Kabel” ölkəmizin ən iri, yüksək texnologiyaya malik kabel istehsalçılarından biri olmağı hədəfləyib. Zavodda 1x1,5-dən 5x25-ə qədər hər növ kabellərin ən yüksək standartlara uyğun istehsalı nəzərdə tutulub.

Müəssisədə istehsal prosesi Almaniya, İspaniya, Fransa, Çin və Türkiyə kimi tanınmış dünya istehsalçılarının avadanlıqları ilə həyata keçiriləcək.

Zavodun ilkin mərhələdəki istehsal gücü illik 2000 ton, ikinci mərhələdə isə 3000 və 5000 ton olacaq.

Zavodda ən yüksək tələblərə cavab verən telefon, internet və fiberoptik kabellər də istehsal olunur.

Qeyd edək ki, zavod həmçinin hər növ qranul istehsalı üzrə ixtisaslaşıb. Günlük istehsal gücü 10 tondur.

“MS Kabel” zavodunun ən müasir texnologiyaların tətbiqi ilə istehsal etdiyi kabel məhsulları geniş çeşidli yerli və xarici bazarlarda rəqabət aparmaq iqtidarında olacaq.

SON XƏBƏRLƏR

MSDIS Holding xəbərləri

Masallı şəhərində şəhid Niyaməddin Sultanzadənin xatirəsi əbədiləşdirilib

Ətraflı
MS Oil xəbərləri

"Şans yolunda" lotereyasının qalibləri açıqlandı

Ətraflı
MSDIS Holding

İş təklifləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Ətraflı
Holdinq xəbərləri

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib

Ətraflı
Holdinq xəbərləri

"Əməyin mühafizəsi və Texniki Təhlükəsizlik" üzrə təlim keçirilib

Ətraflı
MS Oil xəbərləri

Sayca 12-ci "MS Oil" İsmayıllıda açıldı

Ətraflı