Hər hansı bir sualınız üçün bizimlə əlaqə saxlayın

[email protected]

  • 12.07.2022
  • Planlama, tikinti

"Şans yolunda" lotereyasının qalibləri açıqlandı

"MSDIS Holding"in tərkibində olan “MS Oil” yanacaqdoldurma məntəqələrində təşkil olunan və 5 ay davam edən “Şans yolunda” lotereyasına yekun vurulub.

“Şans yolunda” lotereyası bu ilin fevralın 10-da start götürüb, iyulun 10-də saat 23:00-da isə yekunlaşıb. Stimullaşdırıcı lotereyanın təşkili İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2 fevral 2022-ci il tarixində qeydə alınmışdır. Lotereyanın şərtlərinə görə, müştərilər “MS Oil” yanacaqdoldurma məntəqələrindən 30 AZN dəyərində yanacaq doldurmaları kifayət idi! Hər 30 AZN dəyərində yanacaq müştəriyə 1 bilet qazandırıb. Biletin seriya nömrəsi yazılan əsas hissəsi iştirakçıda qalıb, iştirakçının məlumatları qeyd olunan hissəsi isə doldurulduqdan sonra kəsilərək lotodroma atılıb. Yekunda final tirajda lotodromda 277860 bilet olub.

Lotereyanın uduş fondunda 500 AZN dəyərində 20 ədəd “Avtosistem” kuponu, 1000 AZN dəyərində 10, 2000 AZN dəyərində 5 ədəd pul kartları, 5 ədəd “iPhone 13” smartfonu, 2 ədəd "Khazar LX" sedan avtomobili və super uduş 1 ədəd “Kia Stonic Luxe" markalı avtomobil oynanılıb. Uduşsuz hər 100 bilet sahibinə 10 AZN dəyərində MS Oil hədiyyə kartı verilir.

Bildirək ki, şəffaflığı təmin etmən üçün həmin hissə tam olaraq lentə alınıb və “MSDIS Holding”in rəsmi youtube kanalında izləyə bilərsiniz.

Tam veriliş: İZLƏMƏK ÜÇÜN KLİKLƏ

“Şans yolunda” lotereyasının bütüb qaliblərinin siyahısı aşağıdakı kimidir.

 

 

1 2 3 4 5 6

SON XƏBƏRLƏR

MSDIS Holding xəbərləri

Masallı şəhərində şəhid Niyaməddin Sultanzadənin xatirəsi əbədiləşdirilib

Ətraflı
MS Oil xəbərləri

"Şans yolunda" lotereyasının qalibləri açıqlandı

Ətraflı
MSDIS Holding

İş təklifləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Ətraflı
Holdinq xəbərləri

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib

Ətraflı
Holdinq xəbərləri

"Əməyin mühafizəsi və Texniki Təhlükəsizlik" üzrə təlim keçirilib

Ətraflı
MS Oil xəbərləri

Sayca 12-ci "MS Oil" İsmayıllıda açıldı

Ətraflı